Çempionlar Liqası: "Qalatasaray"dan qələbə!

Çempionlar Liqası: "Qalatasaray"dan qələbə!

Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarına yekun vurulub. Qaynar.info-nun Apasport.az saytına istinadən verdiyi məlumata görə, ikinci oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşma keçirilib.

Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi görüş İstanbulda baş tutub. “Qalatasaray” klubu “Kopenhagen”i sınağa çəkib. Ötən tur səfərdə “Yuventus”la bərabərə qalaraq qrupda ilk xalını qazanan “Cim-Bom” doğma arenada Danimarka təmsilçisini 3:1 hesabı ilə məğlub edərək qrupda ikinci pilləyə yüksəlib.

Qrupda keçirdiyi iki oynda da darmadağınla qalib gələn lider “Real” isə doğma azarkeşləri qarşısında “Yuventus”u qəbul edib. Madridlilər bu matçda da qələbə qazanaraq uğurlu seriyanı davam etdirib.

PSJ və “Bavariya” isə rəqiblərini 5 cavabsız qolla məğlub edib. Səfərdə “Bayer”in qonağı olan A qrupunun lideri “Şaxtyor” darmadağınla üzləşib. Ukraynalılar Leverkuzen təmsilçisinə 4:0 hesabı ilə məğlub olub.


A qrupu

"Bayer" (Almaniya) - "Şaxtyor" (Ukrayna)  4:0
Kisslinq, 22, 72, Rolfes, 50 (pen), San, 67

"Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya) - 1:0
Martines, 2 (avtoqol)



B qrupu

“Real” (İspaniya) - “Yuventus” (İtaliya)  2:1
Liorente, 22 - Ronaldo, 4, (29-pen)

“Qalatasaray” (Türkiyə) - “Kopenhagen” (Danimarka) - 3:1
Felipe Melo, 9, Sneyder, 38, Droqba45+1 - Klaudemir, 88



C qrupu

“Anderlext” (Belçika) - PSJ (Fransa)  0:5
İbrahimoviç, 17, 22, 36, 62, Kavani, 52

“Benfika” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan) 1:1
Kardoso, 84 - Dominqez, 29


D qrupu


MOİK (Rusiya) – “Mançester Siti” (İngiltərə) 1:2
Zoran Tosiç, 32 - Aqüero, 34, 42

“Bavariya” (Almaniya) – "Viktoriya" (Çexiya) 5:0
Riberi, 25 (pen.), 61, Alaba, 37, Şvaynştayger, 64, Qötse, 90

Qaynar.info

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR