Xəbər lenti

Video 00:39 27.05.2018

Avropanın ən güclüsü "Real" oldu: ardıcıl 3-cü kubok (VİDEO)

Çempionlar Liqasında 2017/18 mövsümünün final oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, Kiyevdəki Olimpiya stadionunda baş tutan həlledici qarşılaşmada "Real”la "Liverpul” üz-üzə gəlib.

Son iki ildə turnirin qalibi olan "Real" bu dəfə də qələbə qazanıb. İlk yarısı qolsuz bərabərliklə başa çatan matçın 51-ci dəqiəsində Kərim Benzema hesabı açıb. "Liverpul" buna 55-ci dəqiqədə Sadio Manenin qolu ilə cavab verib. 64-83-ü dəqiqələrdə fərqlənən Qaret Beyl "Real"a 3:1 hesablı qələbə qazandırıb.

Bu qələbə sayəsində "Real" bir sıra rekordlara imza atıb. Belə ki, "Kral Klubu" Çempionlar Liqası bu adla keçirilməyə başladıqdan sonra ardıcıl 3 mövsümdə kuboka sahib çıxan ilk komanda olub. 1992/93 mövsümündən bu adı daşıyan turnirdə heç bir komanda ardıcı 3 dəfə titulun sahibi olmamışdı. Turnir Çempionlar Kuboku adlananda isə rekord ardıcıl 5 çempionluq olub. Belə ki, "Real" 1956-1960-cı illərdə 5 dəfə kuboku muzeyinə aparıb. "Ayaks" 1971-1973, "Bavariya" 1974-1976-cı illərdə ardıcıl 3 dəfə kuboka sahib çıxıb.

"Real"ın baş məşqçisi Zinəddin Zidan "Liverpul"a da tarixi uğura imza atıb. Ötən il 1992/93 mövsümündən bəri ardıcıl iki dəfə kuboku qazanan ilk baş məşqçi tarixə düşən fransız mütəxəssis bu gecə öz rekordunu qıraraq ardıcıl 3 mövsümdə kuboka sahib çıxan ilk mütəxəsis ola olub. Futbolçu karyerası ərzində 2001/02 mövsümündə "Real"la bu kuboku qazanan 44 yaşlı məşqçi 2013/14 mövsümündə Karlo Ançelottinin köməkçisi olaraq yenidən Madrid klubu ilə kuboka sahib çıxmışdı. 

Kiyevdəki qarşılaşmada "Real" Çempionlar Liqasında ən çox final oynayan komanda olub. Turnir Çempiolar Liqası adlandığı dövrdə "Real", "Milan" və "Yuventus"la birlikdə 6 dəfə final oynamışdı. Bu gecə Madrid klubu rekorda imza atıb.

Beləliklə, 1994-cü ildən sonra ilk dəfə Avropanın iki böyük kuboku eyni şəhərə gedib. Belə ki, "Real"ın La Liqadakı rəqibi "Atletiko" mayın 16-da "Marsel"i 3:0 hesabı ilə yenərək Avropa Liqasının qalibi olmuşdu. Sonuncu dəfə 1994-cü ildə iki kubok "Milan"a getmişdi. Həmin il "Milan" Çempionlar Liqasının finalında "Barselona"nı 4:0 hesabı ilə yenmişdi. UEFA Kubokunun finaında isə "İnter" iki oyunda "Zalsburq"a qalib gələrək kuboka sahib çıxmışdı. Və UEFA Super Kubokunda ilk dəfə eyni şəhərin təmsilçiləri oynayacaq.

"Real" Çempionlar Liqasının mütləq rekordçusudu. "Kral Klubu" indiyədək iştirak etdiyi 16 finaldan 13-cü qazanıb. İkinci pillədəki "Milan"ı 7, "Bavariya", "Barselona" və "Liverpul"un 5 kuboku var. Sonuncular sonuncu dəfə 2005-ci ildə turnirin qalibi olub. Onlar 2007-ci ildə də finalda uduzmuşdu.

Qeyd edək ki, hazırda Çempionlar Liqasının bombardiri 15 qolla "Real"dan Kriştiano Ronaldo olub. Növbəti 3 pilləni "Liverpul"un ulduzları tutur. Belə ki, misirli Məhəmməd Salah, braziliyalı Roberto Firmino və finalda komandasının yeanə qolunu vuran seneqallı Sadio Mane 10 qola imza atıb.
 
Çempionlar Liqası
2017/18 mövsümü
Final

26 may
Real (İspaniya) - Liverpul (İngiltərə) 3:1
Qollar: Kərim Benzema, 51. Qaret Beyl, 64; 83 - Sadio Mane, 55.
Qollar: Kərim Benzema, 51. Qaret Beyl, 64; 83 - Sadio Mane, 55.
Real: 1. Keylor Navas, 2. Dani Karvahal (6. Naço Fernandes, 37), 4. Serxio Ramos, 5. Rafael Varane, 7. Kriştiano Ronaldo, 8. Toni Kroos, 9. Kərim Benzema (20. Marko Asensio, 89), 10. Luka Modriç, 12. Marselo, 14. Karlos Kasemiro, 22. İsko (11. Qaret Beyl, 61).
Ehtiyat oyunçular: 13. Kiko Kasilya, 15. Teo Hernandes, 17. Lukas Vazkues, 23. Mateo Kovaciç. 
Baş məşqçi: Zinəddin Zidan.
Liverpul: 1. Loris Karius, 4. Virgil van Diyk, 5. Georginio Viynaldum, 6. Deyan Lovren, 7. Ceyms Milner (23. Əmrə Can, 83), 9. Roberto Firmino, 11. Məhəmməd Salah (20. Adam Lallana, 31), 14. Cordan Henderson, 19. Sadio Mane, 26. Andi Robertson, 66. Trent Aleksander-Arnold.
Ehtiyat oyunçular: 22. Simon Mignolet, 2. Nataniel Kline, 17. Raqnar Klavan, 18. Alberto Moreno, 29. Dominik Solanke.
Baş məşqçi: Yurgen Klopp.
Sarı vərəqə: Sadio Mane, 82.
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Curceviç (Serbiya), Klement Turpin (Fransa).
Əlavə köməkçi hakimlər: Nenad Cokiç, Danilo Qruyiç (Serbiya).
Kiyev. Olimpiya stadionu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->