UEFA-nın Çempionlar Liqasının finalına ev sahibliyi hüququnun Türkiyənin İstanbul şəhərindən geri alacağı ilə bağlı xəbərlər yayılıb.
Qaynarinfo xəbər verir ki, buna səbəb kimi Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında "Barış pınarı” adlı antiterror əməliyyatına başlaması göstərilir.
Lakin UEFA-nın vitse-prezidenti Mikel Uva "Radio-1"ə xəbəri təkzib edib: "Finala ev sahibliyi hüququnu geri almaq ciddi addımdır. Düşünürəm ki, hazırda belə bir müzakirəyə başlamaq üçün hansısa şərtlər yoxdur. Əlbəttə, UEFA İcraiyyə Komitəsi vəziyyəti qiymətləndirəcək. Amma sanksiyalar barədə danışmaq tezdir".
Qeyd edək ki, cari mövsümündə Çempionlar Liqasının finalı 2020-ci il mayın 30-da İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda olacaq.
Şərhlər