İdman 23:53 28.09.2021

Çempionlar Turu: Məmmədyarov və Rəcəbov ilk qələbələrini qazandı

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində IV tur yekunlaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçiləri turu qələbə ilə başa vurub. Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravı Teymur Rəcəbov isə polşalı Yan-Kşiştof Dudanı eyni hesabla məğlub edib - 2,5:1,5. Bu, onların turnirdəki ilk qələbələridir.