Xəbər lenti

Ən böyük kripto valyuta oğurluğu: 534 milyon dollar
Ekonomiks 16:43 28.01.2018

Ən böyük kripto valyuta oğurluğu: 534 milyon dollar

Yaponiyada fəaliyyət göstərən kriptobirjaya hücum edən hakerlər 534 milyon dollar dəyərində oğurluq həyata keçiriblər.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Coincheck" sistemlərinə daxil olan cinayətkarlar məbləği öz hesablarına köçürüblər. Hadisənin təsdiqi ilə bu günə qədərki ən böyük kripto valyuta oğurluğu gerçəkləşmiş olub.

Oğurluqdan sonra şirkət "Bitcoin"dən başqa digər kripto valyuta əməliyyatlarını dayandırıb. 

Hadisə nəticəsində kripto pul bazarında 10%-lik geriləmə müşahidə edilib. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->