Xəbər lenti

Ən çox məhbusun əfv olunduğu həbsxanadan reportaj (VİDEO)
Video 21:20 17.03.2019

Ən çox məhbusun əfv olunduğu həbsxanadan reportaj (VİDEO)

Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində də icra olunub.

6 saylı cəzaçəkmə müəssisəsindən 49 nəfər, 1 saylı cəzaçəkmə müəssisəsindən 8 nəfər, 15 saylı cəzaçəkmə müəssisəsindən 4 nəfər, Penitensiar Xidmətin Müalicə müəssisəsindən 3 nəfər, 7 saylı cəzaçəkmə müəssisəsindən isə 7 nəfər məhkuma arayışlar təqdim olunaraq azadlığa buraxılıb.

Əfv olunmuş şəxslər İlham Əliyevə təşəkkür ediblər.

Qeyd edək ki, 6 saylı cəzaçəkmə müəssisəsi ən çox məhbusun əfv olunduğu həbsxanadır.

Xatırladaq ki, İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam, ümumilikdə, 431 nəfərə şamil olunub. (report)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->