Xəbər lenti

Sənət 19:53 22.01.2023

"Əqrəb mövsümü"nə nə qədər pul xərclənib? - Büdcəsi açıqlandı

Son günlər geniş müzakirələrə səbəb olan İTV-nin "Əqrəb mövsümü” serialının büdcəsi açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə müğənni Nura Suri "Facebook" hesabında yazıb.

Müğənninin sözlərinə görə, Emil Quliyevin rejissoru olduğu serialın ümumi büdcəsi 180 min manatdır.

"Əqrəb mövsümü" serialanın büdcəsindən bəziləri elə ağız dolusu yazıblar ki, elə bil xaricdəki kimi milyonlar xərclənib. 12 bölümlük serialın ümumi büdcəsi 180 min manatdır (bildiyimə görə). Adam "Pərdə” filmini çəkəndə büdcəsi var idi? Hamı serialdan yazdığından daha çox yazırdı "Pərdə" filmi haqda. Nə isə… Sizi qane etmək olmur. Adam istedaddır, qədrini bilin. Milyonluq büdcəli işlər verin yaratsın", deyə Nura Suri qeyd edib.
 


Qeyd edək ki, çox seriyalı bədii film yazıçı Ceyhun Hidayətlinin "Əqrəb” romanının motivləri əsasında Azər Aydəmir tərəfindən ssenariləşdirilib. Film "Pərdə” trilogiyasının yaradıcıları tərəfindən səhnələşdirilir və rejissoru Emil Quliyevdir. "Əqrəb Mövsümü" dram, triller, detektiv janrındadır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->