Bu yaxınlarda İranın Ərdəbil əyalətinin Parsabad bölgəsində dəmiryol terminalının inşasına başlanacaq.
Qaynarinfo Axar.az-a istinadən xəbər verir ki, bu barədə əyalət rəsmisi Əkbər Bəhnamcu bildirib.
Onun sözlərinə görə, bu layihə ilə bağlı iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran komissiyasının 14-cü iclasında müqavilə imzalanıb.
Bəhnamcu bu terminalın Ərdəbilin kənd təsərrüfatı məhsullarının Azərbaycan, Rusiya və Orta Asiya ölkələrinə ixracının artmasına kömək edəcəyini də vurğulayıb.
Şərhlər