Xəbər lenti

ABŞ Çini günahlandırdı və xəbərdarlıq etdi
Dünya 13:32 30.05.2024

ABŞ Çini günahlandırdı və xəbərdarlıq etdi

ABŞ Çin rəhbərliyini Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verməkdə ittiham edib və Pekinin ABŞ və digər NATO ölkələrinin sanksiyaları ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, bu barədə ABŞ dövlət katibinin müavini Kurt Kempbel çərşənbə günü, mayın 29-da Brüsselə səfəri zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Avropa ölkələri və NATO-nun "Avropanın mərkəzində vəziyyətin sabitliyini pozduğuna inandığımız hərəkətləri ilə bağlı Çinə kollektiv narahatlıq mesajı göndərməyə” təcili ehtiyac var.

O qeyd edib ki, Çin dəstəyi Rusiya Federasiyasına öz ordusunun elementlərini, o cümlədən uzaqmənzilli raketləri, artilleriya qurğularını, pilotsuz uçuş aparatları, eləcə də döyüş meydanında hərəkətləri izləmək imkanlarını bərpa etməyə kömək edir.

"Çin tərəfindən Rusiyada gördüklərimiz birdəfəlik hadisə və ya Rusiyaya dəstək verən bir neçə fırıldaqçı şirkət deyil. Bu, Çin rəhbərliyi tərəfindən dəstəklənən və Rusiyaya pərdə arxasında hər cür dəstəyi verməyə yönəlmiş davamlı, hərtərəfli səydir”, - Kempbel bildirib.

Dövlət katibinin müavini həmçinin qeyd edib ki, Çinin hərəkətləri təkcə Ukraynadakı döyüş meydanında Rusiyaya dəstək vermir, həm də digər Avropa ölkələri üçün strateji çağırışlar potensialı yaradır.

Eyni zamanda, Reuters-in məlumatına görə, Kempbel ABŞ-ın daha hansı addımları ata biləcəyini dəqiqləşdirməkdən imtina edib.

"Düşünürəm ki, Çinin atdığı addımların Avropanın uzunmüddətli sabitliyi üçün təhlükəli olduğuna dair Pekinə aydın, birmənalı siqnal göndərməliyik”, - ABŞ dövlət katibinin müavini vurğulayıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->