Xəbər lenti

Yaponlar dünyanın ilk taxta peykini yaratdılar - Kosmosa buraxılacaq
Dünya 14:12 30.05.2024

Yaponlar dünyanın ilk taxta peykini yaratdılar - Kosmosa buraxılacaq

Kyoto Universiteti və Sumitomo Forestry-dən olan tədqiqatçılar qrupu sentyabr ayında SpaceX raketi ilə buraxılacaq dünyanın ilk taxta peykini təqdim ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Phys.org yazır.

Yaradıcılar peykin taxta materialının yenidən atmosferə daxil olduqdan sonra tamamilə yanacağını gözləyirlər ki, bu da ətraf mühitə və telekommunikasiyaya mənfi təsir göstərə biləcək metal hissəciklərinin yaranmasının qarşısını almağa kömək edəcək.

Astronavt və Kyoto Universitetinin xüsusi professoru Takao Doinin fikrincə, qeyri-metal materiallardan hazırlanmış peyklər əsas istiqamətə çevrilməlidir.

LignoSat peykinin Kennedi Kosmik Mərkəzindən SpaceX raketi ilə kosmosa buraxılması və Beynəlxalq Kosmik Stansiyaya (BKS) yollanması planlaşdırılır. Oradan isə peyk gücünü və dayanıqlığını yoxlamaq üçün orbitə buraxılacaq.

Peykdən toplanan məlumatlar tədqiqatçılar tərəfindən onun kosmosdakı davranışını, o cümlədən temperatur və gərginlik dəyişikliklərinə reaksiyasını təhlil etmək üçün istifadə olunacaq.

Bundan əlavə, çərşənbə axşamı Avropa Kosmik Agentliyi (ESA) və JAXA arasında əməkdaşlıq olan EarthCARE adlı başqa bir peyk buraxılıb. EarthCARE peyki Yerdən təxminən 400 kilometr yüksəklikdə orbitə çıxacaq və üç il ərzində buludların iqlim dəyişikliyi ilə mübarizədə rolunu öyrənəcək.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->