Xəbər lenti

WSJ: Tramp prezident seçilərsə, İlon Maska bu vəzifəni verməyi düşünür
Dünya 11:24 30.05.2024

WSJ: Tramp prezident seçilərsə, İlon Maska bu vəzifəni verməyi düşünür

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp milyarder İlon Maskla siyasətçinin Ağ Evə qayıtması halında ona məsləhətçi rolunun verilməsi imkanını müzakirə edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazır.

Materialda deyilir ki, Tramp Maska keçmiş prezidentin köhnə tanışı, Veteranlarla İş Departamentində siyasətin formalaşdırılmasında sakitcə kömək edən Marvelin keçmiş baş direktoru Ayk Perlmutterin oynadığı rola bənzər bir rol təklif edib.

Bununla belə, məqalədən Ağ Evə qayıdacağı halda Tramp administrasiyasında Maskın potensial rolunun təfərrüatlarını anlamaq çətindir.

Milyarder siyasətçini rəsmən dəstəkləməyib, lakin eks-prezident seçki kampaniyasında pul yığmağa çalışdığı üçün ikisi mart ayında təkbətək görüşüb.

Mənbələrin bildirdiyinə görə, Tramp və Mask o vaxtdan daha yaxın əlaqələr qurub və immiqrasiya, elektrikli avtomobillər, ABŞ Kosmik Qüvvələri və iş adamının şirkətlər portfeli haqqında fikir mübadiləsi aparıblar.

Həmçinin nəşrə görə, Mask və milyarder həmkarı Nelson Peltz gələcək Respublikaçı namizədə "elitar” biznes liderlərini seçkidə ABŞ prezidenti Co Baydeni dəstəkləməməyə inandırmaq üçün apardıqları şəxsi səyləri barədə məlumat veriblər.

Bundan əvvəl Tramp, medianın yazdığı kimi, seçki kampaniyası üçün vəsait toplama tədbirlərindən birində Moskva və Pekini bombalayacağını deyib.

Bir qədər əvvəl mətbuat yazıb ki, Tramp 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə qalib gələrsə, NATO üzvlərindən müdafiəyə ÜDM-in 2 faizini deyil, 3 faizini xərcləməyi tələb edə bilər.

Eyni zamanda amerikalı milyarder, Twitter (X) sosial şəbəkəsinin sahibi İlon Mask ABŞ prezident seçkilərində heç bir namizədə seçki kampaniyası üçün vəsait verməyəcəyini bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->