Xəbər lenti

Avropol kibercinayətkarlara qarşı ən böyük əməliyyatını keçirdi
Dünya08:29 30.05.2024

Avropol kibercinayətkarlara qarşı ən böyük əməliyyatını keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zərərli proqram üçün istifadə edilən kiber infrastrukturu hədəf alan beynəlxalq koordinasiyalı əməliyyatda dörd nəfər həbs edilib və 100-dən çox internet serveri ləğv edilib, yaxud bloklanıb.
Bu barədə Qaynarinfo Avropol-a istinadən xəbər verir.
"Final əməliyyatı” adlanan aksiya Fransa, Almaniya və Niderlandın təşəbbüsü ilə həyata keçirilib.
Bundan əlavə, Ermənistan, Bolqarıstan, Litva, Portuqaliya, Rumıniya, İsveçrə və Ukrayna da həbslər, şübhəlilərin dindirilməsi, axtarışlar, server və domenlərin ələ keçirilməsi və ya silinməsi kimi müxtəlif hərəkətlərlə əməliyyata dəstək verib.
Həbslər Ermənistan (1 nəfər) və Ukraynada (3 nəfər) həyata keçirilib. 2000-dən çox domen hazırda hüquq-mühafizə orqanlarının nəzarətindədir.
Əməliyyat tədbirlərindən sonra bu cinayət fəaliyyətlərində iştirak edən və Almaniya tərəfindən axtarışda olan şəxslər 30 may 2024-cü il tarixində Avropanın "Ən çox axtarılanlar” siyahısına əlavə olunacaqlar. Bu şəxslər ciddi kibercinayətkarlıq fəaliyyətində iştirak etdikləri üçün axtarışa verilib.
"Bu günə qədər həyata keçirilən ən böyük beynəlxalq kiberpolis əməliyyatı ilə hüquq-mühafizə orqanları kibercinayətkarlıq sektoruna böyük zərbə vurdu", - Almaniya Federal Kriminal Polis İdarəsinin vitse-prezidenti Martina Link bildirib. 
Zərərli proqram kibercinayətkarlara zərərli məqsədlər üçün insanların kompüterlərinə gizli şəkildə qoşulmağa imkan verir.
Müstəntiqlərin fikrincə, əsas şübhəlilərdən biri pul tələb edən proqramlar yerləşdirmək üçün kriminal infrastruktur obyektlərini icarəyə verməklə kriptovalyutada ən azı 69 milyon avro qazanıb. Şübhəlinin əməliyyatları davamlı olaraq izlənilir və gələcək tədbirlərdə bu aktivlərin müsadirə edilməsi üçün artıq qanuni icazə alınıb.
Nizami Bağırov