Xəbər lenti

QUR-un dronları Krımda 2 rus hərbi katerini vurdu
Dünya 10:57 30.05.2024

QUR-un dronları Krımda 2 rus hərbi katerini vurdu

Mayın 30-na keçən gecə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) xüsusi əməliyyatı nəticəsində müvəqqəti işğal olunmuş Krımda Rusiyaya məxsus, ehtimal ki, KS-701 "Tuna” tipli iki kater vurulub.

Qaynarinfo xəbər verir ki, bu barədə QUR-dan "Ukrayinska Pravda”ya bildirilib.

UP mənbəsinin məlumatına görə, Ukraynaya məxsus "Magura V5" dəniz dronları Yevpatoriya vilayətinin Çernomorskoye kəndi ərazisində işğalçıların qayıqlarına hücum edib.

"Düşmən bunun qarşısını almaq üçün aviasiyadan, atıcı silahlardan və artilleriyadan fəal istifadə etsə də, heç bir nəticə əldə etməyib", - mənbə deyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->