Xəbər lenti

Siyasət 12:19 05.04.2014

Ərdoğan Əjdərbəy məscidində namaza niyə gəlmədi?

Dünən Türkiyənin Baş naziri öncədən xəbər verildiyinin əksinə olaraq, Əjdərbəy məscidini (Göy məscid) ziyarət etməyə gəlməyib.

Bu barədə “Axar.az”a Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev bildirib:

“Bizə bildirilmişdi ki, Rəcəb Tayyib Ərdoğan Əjdərbəy məscidini ziyarət edəcək, orada namazını qılacaq. Bunun üçün QMİ bütün lazımi tədbir və hazırlıqları görsə də, Ərdoğan məscidə gəlmədi”.

Daha sonra  müxbirimizin “Niyə Təzə Pir məscidi deyil, Əjdərbəy məscidi” sualına isə sədr müavini bu qərarın Qafqaz Müsəlmanları İdarəsi tərəfindən verilmədiyini bildirdi: “Bu məsələni QMİ deyil, Prezident Administirasiyası müəyyənləşdirir”.

Xatırladaq ki, Şeyx Hacı Allahşükür Paşazadə Ərdoğanın Bakı səfəri zamanı sözügedən məscidi ziyarət edəcəyini bildirmişdi: “Bu gün Ərdoğan Bakıya gəlir, Əjdərbəyə gəlir. Əjdərbəy məscidində, həm sünilər, həm də şiələr bir yerdə namaz qılacaq. Bunu nə Türkiyədə, nə İranda, nə də Rusiyada tapa bilərsən, bunu ancaq Azərbaycanda tapa bilərsən”. 

Qeyd edək ki, həm sünni, həm də şiələrin namaz qılmaq üçün getdiyi yerlərdən biri Əjdərbəy məscididir. Təzə Pir məscidində isə adətən, şiə məzhəbinin nümayəndələri toplanır. Baş nazir Ərdoğanın Təzə Pir məscidinə deyil, Əjdərbəyə getməsinin səbəbi barədə də məhz bu ehtimal səsləndirilir.

Buna baxmayaraq, Azərbaycanın ən nüfuzlu, bütün mərasimlərin keçirildiyi və QMİ-nin də yerləşdiyi məscid Təzə Pir məscididir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->