Xəbər lenti

Ərdoğan: “TANAP qardaşlığımıza qoyulan strateji sərmayədir”
Siyasət 17:26 10.07.2018

Ərdoğan: “TANAP qardaşlığımıza qoyulan strateji sərmayədir”

"Azərbaycanla həm enerji, həm də müdafiə sənayesi sahəsində atdığımız addımlar böyük əhəmiyyət kəsb edir”.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. 
  
Türkiyə prezidenti deyib ki, TANAP Azərbaycan üçün həyati əhəmiyyətli layihədir : "Bu layihə tək Azərbaycan və Türkiyə deyil, Azərbaycanla Avropa arasında əlaqə yaradır. Bu, həm də qardaşlığımıza qoyulan strateji sərmayədir. Azərbaycanın Türkiyədəki Əliağa layihəsinə qoyduğu sərmayə çox önəmlidir. Payızda yeni sərmayə qoyuluşu ilə bağlı layihələr həyata keçirəcəyik”.
  
R. T. Ərdoğan qeyd edib  ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir: "Hazırda iki ölkə arasında ticarət əlaqələri artır, münasibətlər inkişaf edir. Bu, qardaşlıq münasibətlərimizin necə inkişaf etdiyini göstərir. Türkiyə müdafiə sənayesində 15 il əvvəl kimlərəsə möhtac idisə, indiki müdafiə məhsullarına ehtiyacının 65 faizini özü təmin edir. Biz bu imkanlarımızı qardaş ölkələrlə də paylaşırıq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->