Xəbər lenti

Ərdoğan türk millətinə söz verdi
Dünya 13:09 16.04.2013

Ərdoğan türk millətinə söz verdi

Baş nazir Rəcəb Tayyib Ərdoğan konstitusiyadan "türk milləti" ifadəsinin çıxarılacağına dair iddiaları təkzib edib.

"Habertürk"ün xəbərinə görə, Ərdoğan Ədalət və İnkişaf Partiyasının Mərkəzi İdarə Heyətinin toplantısında bu iddiaların uydurma olduğunu deyib.

Baş nazir konstitusiyadakı "türk milləti" ifadəsinin bir irqi əks etdirmədiyini bildirib və bu anlayışın yeni konstitusiyada qalacağını bildirib: "Bizim konstitusiya təklifimiz həll prosesindəki anlaşılmazlıqları ortadan qaldıracaq xarakterdədir. Türk milləti irqi deyil, vətəndaşlığı əks etdirir. Türklük başqa etnik kökənləri inkar edən deyil, bütün etnik kökənləri qucaqlayan bir anlayış olaraq bizim konstitusiya mətnimizdə yer alacaq".

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->