Xəbər lenti

Ərdoğan:
Ölkə 21:59 14.10.2024

Ərdoğan: "Azərbaycanın fevral zəlzələlərindəki yardımlarını unutmadıq"

Kədərdə, sevincdə bir olduğumuz türk dünyası ilə əlaqələrimiz durmadan genişlənir. Başda Azərbaycan olmaqla, türk dövlətlərindəki qardaşlarımızın dağıdıcı fevral zəlzələləri zamanı göstərdikləri yardımları əsla unutmadıq".


Qaynarinfo Haber Global-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra çıxışı zamanı deyib.


O qeyd edib ki, Türkiyə də çətin günlərdə qardaşlarının yanında olacaq və türk birliyi birlikdə inşa ediləcək.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->