Xəbər lenti

Ərəblərdən
İdman 16:20 29.04.2023

Ərəblərdən "Mançester Yunayted" üçün rekord təklif - Klub satılır

İngiltərə Premyer Liqasının nəhəngi "Mançester Yunayted” də ərəblərə satılır. 

Qaynarinfo-nun məlumatına görə, son illərdə gözlənilən uğurları qazana bilməyən klubu almağa ən ciddi namizəd qətərli şeyx Casim bin Həməd Əl Tani olub.
 
Qleyzer ailəsi tərəfindən satışa çıxarılan "Qırmızı şeytanlar”ı almaq istəyən Həməd Əl Taninin başçılıq etdiyi Qətər şirkəti son təklifini 5 milyard funt-sterlinqə qədər artırmağa hazırlaşır. Bu, dünyada bir idman klubu almaq üçün təklif edilən ən yüksək məbləğ sayılır. Ancaq "Mançester Yunayted”in sahibləri isə 6 milyard funt-sterlinq istəyir.

Şeyx Casim həmçinin klubun mövcud borc yükünü sıfırlamağa söz verib. Digər tərəfdən, Qətər investisiya qrupunun ən əhəmiyyətli rəqibi kimi görünən Sir Jim Ratkliffə məxsus INEOS şirkəti, səhmlərin maksimum 65 faizini ala biləcəyini açıqlayıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->