ABŞ-ın Teqzas ştatında yaşayan idman salonu sahibi və boks müəllimi Romon Sosa 2007-ci ildə tanış olaraq 2010-cu ildə evləndiyi həyat yoldaşı Maria Lulu Sosanı FTB-nin köməkliyi ilə həbs etdirib.
"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Romon günlərin birində dostundan gələn zənglə sarsılır. Belə ki, 43 yaşlı həyat yoldaşı onu öldürmək üçün dostu Qustavodan killer tutmasını istəyir. Qustavo da vəziyyəti qadına açıqlamadan birbaşa Ramona zəng edərək həyat yoldaşının planı haqda məlumat verir.
Əvvəlcə bunun zarafat olduğuna inandığını deyən Ramon bunun üçün plan hazırlayır. Belə ki, o, Qustavonun üzərinə mikrafon yerləşdirərək həyat yoldaşının yanına göndərir. Sonra dostlar Mariyanın onun öldürülməsi üçün pul təklif etməsinin səsyazısını qeydə alaraq, polisə təqdim edirlər.
Bundan sonra FTB də işə daxil olur. FTB rəsmiləri Ramon Sosadan özünü ölmüş kimi göstərməsini istəyirlər. Buna görə FTB Ramonu çöldə kimsəsiz bir yerə apararaq çuxura girməsini istəyir və onu qrim edərək başından vurulmuş kimi fotosunu çəkir.
Daha sonra killer rolunda bir FTB agenti Ramonun həyat yoldaşı ilə görüşərək fotonu ona təqdim edir. Mariya fotonu görən kimi sevinməyə başlayır və bu sevinc də onun azadlığının sonu olur. Belə ki, 2016-cı ildə ona iş açılır və cinayətə təşəbbüsdən 20 il müddətinə azadlıqdan məhrum edilir.
Ramon Sosa açıqlamasında həyat yoldaşının onu mirasına görə öldürmək istədiyini bildirib.
Qaynarinfo.Az
Şərhlər