Dünya 14:39 03.10.2019

Əriştələrlə bağlı qorxunc fakt üzə çıxdı - 17 firma

Rusiya Keyfiyyət Sistemi məşhur firmaların istehsal etdiyi "noodle" əriştələrinin tərkibində zəhərli maddələr, pestisid və yüksək miqdar duz aşkar edib.

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı aparılan tədqiqata 17 firmanın istehsal etdiyi əriştələr daxil edilib. Həmin məhsulların istehsalını həyata keçirən 14 firma Vladimir, Moskva, Novosibirsk və Tulada, 2-si Qazaxıstanda, biri isə Koreyada fəaliyyət göstərir. 

Qurumun məlumatına görə, bəzi əriştələrdə bitkilərdə həşəratlar əleyhinə istifadə edilən "bifentrin" pestisidi və bitkilərin böyüməsində istifadə olunan digər kimyəvi maddələr aşkar olunub.

Gülşən