Erkin Qədirli: “Bu işdə daha çox itirirəm, adımı xərcləyirəm...”

Erkin Qədirli: “Bu işdə daha çox itirirəm, adımı xərcləyirəm...”

"Mandatdan imtina etmirəm”.

Qaynarinfo xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) qurucu üzvü Erkin Qədirli deyib. O, Milli Məclisdə ən zəif, dəstəksiz, hər tərəfdən vurula, ilk fürsətdə qurban verilə bilən üzv olacağını dilə gətirib: 

"Ünvanıma yazılan tənqidləri, hətta söyüşləri, anlayışla qarşılayaraq, çoxlarının nəticə çıxarmağa tələsdiyini bildirməliyəm. Mən hansı riskləri üzərimə götürdüyümü, hansı məsuliyyətin altına girdiyimi yaxşı anlayıram. Bu işdə öz xeyrimi güdmürəm, əksinə, daha çox itirirəm. Onsuz da adımdan başqa heç nəyim yoxdur, adımı xərcləyirəm. Milli Məclisdə ən zəif, dəstəksiz, hər tərəfdən vurula, ilk fürsətdə qurban verilə bilən üzv olacağımı da bilirəm. Bununla belə, ölkəmiz üçün daha uzaq hədəfləri, daha təhlükəli riskləri düşünürəm. Mandatdan imtina etmirəm, çünki məqsədim mandat deyil, heç zaman da olmayıb.
Tələsən yerimiz yoxdur. Yaxşı işlər yavaş görülür. Görək hara qədər gedə bilirik”.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR