Xəbər lenti

Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” (VİDEO)
Video 09:08 14.11.2019

Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” (VİDEO)

ARB TV-nin "Rezonans” proqramında bu dəfə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olan, 1994-cü il təvəllüdlü məhkum Arsen Baqdasaryan Eduardoviç öz həyat hekayəsini danışıb.

Arsen Baqdasaryan: – Məhkum (Cəzası-15 il): "Azərbaycan Respublikasının Xankəndi şəhərində, 1994-cü ildə anadan olmuşam. Orta təhsilimi bitirdikdən sonra peşə məktəbinə daxil olmuşam. Peşə məktəbini bitirdikdən sonra Yerevan şəhərinə göndərdilər. 4 ay orada gizirlik məktəbi oxumuşam, sonra sertifikatlar verildi. Dedilər ki, siz dünyanın hər bir yerində xidmət göstərə bilərsiniz.

Məni daha sonra Qarabağa göndərdilər. Mənə bütün hərbi sirrləri öyrətdilər, minalar necə hazırlanır, necə yerləşdirilir. Əskəran polkunun komandiri Calal Arutunyan var idi, bildiyim qədərilə onu hazırda öldürüblər. O gəldi, mənə mülki paltarlar gətirdi. İki nəfərlə birlikdə bizi Ağdərəyə gətirdilər, təmas xəttinə. Sonra əskərlər məni gördülər, havaya atəş açdılar. Dedim ki, çobanam.

Altdan geyindiyim hərbi formanı gördülər. Dedilər onu hardan tapmısan, dedim satırdılar, alıb geyinmişəm. Və sonra təkid etdikdən sonra mən dedim ki, siz tərəfdə yaşamaq istəyirəm, təslim oluram. Mənimlə gələn 2 nəfər isə minaları basdırıb getmişdilər. Heç bilmirəm harada basdırıblar. Amma bilirəm ki, 17 ədəd mina basdırılıb.

Cinayət törətdiyimi bilirəm. Məhkəmə prosesindən də narazı deyiləm. Mənə heç bir təzyiq edilməyib, mənimlə çox hörmətlə davranılıb, baxmayaraq ki, mən cinayət törətmişəm. Törətdiyim cinayət əməlinə görə çox peşmanam. Burada yeməklər də çox kalorilidir, sanki cənnətdəyəm. Mən Azərbaycan vətəndaşıyam.

Hətta burada Azərbaycan bayrağı da düzəldib çarpayımdan asmışam. Bütün otaqlarda Azərbaycan bayrağı var, mən də düşündüm ki, mənim də saxlandığım otaqda Azərbaycan bayrağı olsun. Bayrağı düzəldərkən də heç kimdən icazə almamışam, bilirəm ki, onlar da etiraz etməzlər bayrağı otağımdan asmağıma.

Orada təbliğat aparırdılar ki, Azərbaycanlılar toraqları işğaldan azad eləsələr ana-bacılarımızı zorlayacaqlar, onları tikə-tikə edəcəklər. Lakin mən iki ildir burdayam, erməniyəm, əslində burda məni vura da bilərlər amma indiyə qədər bir dənə də olsun sillə vurmayıblar. Bu da onların danışdığı yalanların əsl cavabıdır. Burada heç kimi zorlamırlar.

Bu çəkiliş vasitəsilə Azərbaycan Respublikasının prezidentinə təşəkkürümü bildirmək istəyirəm ki, ölkədə gözəl şərait yaradıb. Eyni zamanda Azərbaycan xalqından cinayətlərimə əməllərimə görə üzr istəyirəm. Əgər bağışlaya bilirlərsə məni bağışlasınlar”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->