Xəbər lenti

Erməni komandosdan şok sözlər – VİDEO
Siyasət 18:04 06.08.2014

Erməni komandosdan şok sözlər – VİDEO

Dağlıq Qarabağ uğrunda gedən savaşlar zamanı separatçı qüvvələrin önündə olan “Kommandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanın bir neçə il öncə etdiyi bu çıxışı sosial şəbəkələrdə ermənilər yenidən paylaşıblar. 

Axar.az xəbər verir ki, toplantıların birində geniş auditoriya qarşısında çıxış edən Tadevosyan Azərbaycanın bütün sahələrdə mükəmməl təbliğat apardığını, dünya ermənilərinin isə bu prosesin qarşısının alınmasında acız qaldığını dilə gətirib. O, əsəbi tərzdə bildirib ki, rəsmi Bakı o qədər özünü güclü və sərbəst hiss edir ki, hətta Ermənistan torpaqlarının əksər hissəsinin azərbaycanlılara məxsus olduğunu və İrəvanın rəhbərliyinin Azərbaycandan təyinat alacağını vurğulayır. 

“Kommandos” diqqətə çatdırır ki, bu təzyiqlərdən Ermənistanın iki çıxış variantı qalır: 

“Ya torpaqların qaytarılmasını nəzərdə tutan müqavilənin bağlanmasına razılıq veririk –  təbii ki, bu, ermənilər üçün ölümə bərabərdir. Ya da bu ağır vəziyyətlə barışmalı oluruq”.

 Xatırladaq ki, Ter-Tadevosyan Ermənistanda nüfuzlu şəxslərdən sayılır və o, təmas xəttində baş verən son gərginliyə açıqlamasında hadisələrin müharibə həddinə çatacağına inanmadığını vurğulayıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->