Sənət 18:57 21.01.2020

Erməni məşhur Azərbaycanın Xalq artistini müdafiə etdi

Erməni opera müğənnisi Ruzan Mantaşyanla eyni səhnəni bölüşməkdən imtina etdiyi iddia olunan məşhur azərbaycanlı tenor, Xalq artisti Yusif Eyvazov ətrafında yaranmış qalmaqal davam edir.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bu dəfə azərbaycanlı tenoru rusiyalı dirijor Vladimir Spivakovun yoldaşı, teleaparıcı və aktrisa Sati Spivakova (Saakyants) müdafiə edib.

Yusif Eyvazovu illərdir ki, tanıdığını deyən Sati Spivakoba milliyətcə erməni olsa da, azərbaycanlı tenorla dost münasibətlərini xatırladıb. O, Yusif Eyvazovu milli zəmində nifrətdə ittiham edən Mantaşyanın kimlərinsə oyununa gəldiyini əlavə edib.

"Mən yalnız şahidi olduğuma inanıram. Və gənc erməni müğənnisi Ruzanna Mantaşyandan heyranlığımı gizlətməsəm də, bu çirkin hadisədə onun qurban olduğunu görürəm. İftira və yalanla üzləşdiyinə əmin olduğum Yusif Eyvazovu müdafiə edirəm. Mən erməni, o isə azərbaycanlıdır və siyasi müstəviyə çıxanda biz fərqli barrikadalarda olacağıq”.

Sati Spivakova bütün artistlərin dünya vətəndaşı olduğunu əlavə edib və səhnəyə çıxan sənətçi üçün həmkarının hansı millətdən olmasının önəm daşımadığını əlavə edib.  

Xatırladaq ki, fevralın 7-də Drezden Opera Teatrında Yusif Eyvazov və Ruzan Mantaşyan eyni səhnəni bölüşməli idi. Sonradan sənətçilərdən birinin etirazına görə birgə ifa baş tutmamışdı. Erməni mediası Yusif Eyvazovun Mantaşyanın erməni olmasına görə onunla bir səhnəni bölüşmək istəmədiyini iddia edir.