Ermənistan əhalisi ölkəsinin Azərbaycanla sərhədyanı bölgəsində yaşamaq istəmir.
"Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, son 1 ildə ermənilər ölkələrinin bu ərazilərini kütləvi şəkildə tərk etməyə başlayıblar.
Məlumata görə, əhali ən çox Sünik vilayətini tərk edib. Belə ki, 2020-ci ilin yanvarın 1-dən bu vilayəti 1 300 nəfər tərk edib.
Bundan başqa, Azərbaycanla sərhəddə olan Tavuş vilayətindən 800, Gegarkunikdən 300, Vayoz Dzordan isə 200 nəfər köçüb.
Şərhlər