"Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyitlərinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Ermənistana verməyə hazırdır".
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
"Bunu oktyabrın 18-də bəyan etməyimizə baxmayaraq, Ermənistan tərəfi cavab vermir. Meyitləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır", - o qeyd edib.
Şərhlər