Macarıstanın erməni icması bu ölkənin Ədliyyə naziri Tobor Navraçiçə azərbaycanlı zabit Ramil Səfərovla bağlı açıq məktub ünvanlayıb.Məktubda R.Səfərovun Azərbaycan ekstradisiyasından sonra hansısa beynəlxalq təşkilatla təmas qurulub-qurulmamsı barədə məlumat tələb edib.
Politics.hu saytının məlumatına görə, açıq məktubda ermənilər R.Səfərovun Azərbaycan ekstradisiyası və prezident tərəfindən əfv olunmasından sonra Macarıstan tərəfinin sakitliyindən narahatlıq keçirir.
Məsələ ilə bağlı Macarıstanın beynəlxalq instansiyalara şikayət edib-etməməsini öyrənmək istəyən ermənilər hökumətin atacağı addımlarla maraqlanıb.
Qaynar.info
Şərhlər