Xəbər lenti

Ermənilərin Tovuzda evə mərmi atması ilə bağlı cinayət işi başlanıldı
Ölkə 12:06 16.07.2020

Ermənilərin Tovuzda evə mərmi atması ilə bağlı cinayət işi başlanıldı

Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən Qaynarinfo-ya daxil olan məlumatda deyilir:

Xəbər verildiyi kimi, iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimi kobud şəkildə pozularaq mövqelərimiz atəşə tutulub. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təcili cavab tədbirləri nəticəsində düşmənin aktivliyinin qarşısı alınmaqla onlara sarsıdıcı zərbələr vurulub.

Ermənistan Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısında növbəti dəfə acizlik nümayiş etdirməklə, beynəlxalq humanitar hüququn fundamental  norma və prinsiplərini, 1949-cu il tarixli "Cenevrə Konvensiyası”nın müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında müddəalarını, ö cümlədən müharibə hüququnun əsas prinsiplərini və ümumqəbul edilmiş qaydaları kobud şəkildə pozmaqla, mülki əhali və döyüşənləri fərqləndirmədən, mülki əhali arasında itkilərdən qaçmalı olduqları halda,  birbaşa və qəsdən mülki əhalının sıx yaşadığı əraziləri hədəfə alıb atəşə tutmaqla onlara qarşı müxtəlif cinayətlər törədiblər.

Belə ki, iyulun 14-də saat 14 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Dondar Quşçu kənd sakini Əliyeva Telarə Əhməd qızına məxsus evə odlu silah mərmisinin atılması və həmin mərminin partlaması nəticəsində zərərçəkmiş şəxsin əmlakı qəsdən məhv edilməklə sonuncuya xeyli miqdarda ziyan vurulub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə maddi sübutlar toplanılıb, dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə mütəxəssislər cəlb olunmuş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla, və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->