Xəbər lenti

Ermənistan bir ölkə kimi gələcəkdə yoxa çıxmağa məhkumdur - Rusiyalı tarixçi
Siyasət 21:07 25.09.2021

Ermənistan bir ölkə kimi gələcəkdə yoxa çıxmağa məhkumdur - Rusiyalı tarixçi

Ermənistan bir ölkə kimi gələcəkdə yoxa çıxmağa məhkumdur.

Bunu Trend-ə rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

O bildirib ki, Cənubi Qafqaz regionunun tarixini və müasir dövrünü daha çox tədqiq etdikcə, Ermənistanın sistemli böhranı fonunda fiziki mövcudluğunu davam etdirməsi üçün daha az perspektiv görür:

"Bu ölkənin yaxın 10-15 il üçün gələcəyi müəyyəndir, amma 25 ildən sonra ola bilər ki, dünyanın siyasi xəritəsində Ermənistan kimi bir dövlət olmasın. Hələ səkkiz il əvvəl, 2013-cü ildə mən yazırdım ki, erməni gəncliyi öz perspektivini vətənində deyil, diasporda görür və elə o vaxt ölkə əhalisinin azalmasını proqnozlaşdırırdım".

Ekspert vurğulayıb ki, Ermənistanda indi yaşanan dərin sistemli böhran, ilk növbədə özünüdərk böhranıdır və bu, ötən ilin payızında Azərbaycanla müharibədəki məğlubiyyətdən sonra yaranmayıb, əksinə, hələ sovet dövrünə gedən dərin kökləri var:

"Ən yeni erməni dövlətçiliyi bu dərin daxili böhranı irs götürüb və bunun öhdəsindən gələ bilməyib. Ona görə də, mən əminəm ki, Ermənistan bir ölkə kimi strateji gələcəkdə yoxa çıxmağa məhkumdur. İndi Ermənistan əhalisi iki milyon nəfərə yaxındır və hər il 100 min nəfərədək insan ölkəni tərk edir, vətəndaşlığını dəyişir. Bu cür davam etsə, 20 ildən sonra Ermənistanda erməni qalmayacaq. Ermənistan əhalisi sürətlə qocalır, pensiya yaşlı insanların sayı gənclərin sayını üstələməyə başlayır. Ona görə də ölkədə təbii artım göstəriciləri artıq mənfi səviyyədədir və fərq getdikcə daha da çoxalacaq".

Onun sözlərinə görə, indi Ermənistanda hakimiyyət orqanlarının və biznes strukturlarının başında birinci Qarabağ müharibəsinin veteranları dayanır, onların bioloji ömrü çox qalmayıb:

"Onlar qocalan kimi "miatsum" fikrinin aktiv daşıyıcıları qalmayacaq və onlar dünyalarını dəyişdikcə, erməni şəxsiyyət böhranı daha da dərinləşəcək. Çünki onların yerinə gələn nəsillər aqressiv ideoloji fikirdən uzaq olacaq. Son dövrlərdə Rusiyadakı erməni diasporunun oliqarxlarından biri Samvel Karapetyan Ermənistanda infrastruktur layihələrinə investisiya qoymağa hazır olduğunu bildirib. Amma başa düşmək lazımdır ki, o, Rusiya vətəndaşıdır, onun bütün biznes aktivləri Rusiyadadır, ona görə də investisiyalardan gələn mənfəət Ermənistanda qalmayacaq. Düşünmək lazım deyil ki, bu pullar yoxsulların vəziyyətinin yaxşılaşdırılması üçün xeyriyyəyə yönəldiləcək. Həmin vəsait yoxsulları son qəpiyinədək soyub hələ də ölkədə qalan pulları Ermənistandan çıxarmağa yönələcək".

O.Kuznetsov vurğulayıb ki, ermənilər özləri öz ölkələrini, eyn zamanda Azərbaycanın əvvəl işğalda saxladıqları ərazilərini talan edib və bu siyasəti davam etdirir. Onlar artıq bu yolda dayana bilmirlər, çünki özünüməhv strategiyası hələ sovet dövründə erməni dövlətçiliyinin əsasına qoyulub:

"Resursarın talan edilməsi və diasporun zənginləşməsi: erməni mövcudluğunun son 30 il ərzində iki əsas prioriteti bunlar olub. Bu fundamentdə isə sağlam dövlət qurmaq heç vaxt mümkün deyil".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->