"Ermənistan bizə qarşı təkcə səngərdə yox, həm də virtualda da savaş açıb" (RƏY)

Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Bu, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq və işğalçılıq siyasətini davam etdirmək və genişləndirmək niyyətində olduğunu bir daha nümayiş etdirir.

İctimaiyyət arasında şəhid saylarının gizlədildiyi müzakirə olunur və deyilir ki, guya daha çoxdur. Bu əlbəttə ki, düşmən təxribatıdır. Ermənilər sosial şəbəkədə azərbaycanlı kimi özlərini aparıb saxta profillərlə məlumatlar yayırlar. Köhnə videoları da bu məqsədlə çoxdan hazırladıqları kanallar vasitəsilə öz dilimizdə paylaşırlar.

Bu barədə politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Ermənistan tərəfi bizə qarşı təkcə səngərdə deyil, həmçinin informasiya müharibəsi də aparır:

"Burada xalqda ruh düşkünlüyü, hakimiyyətə və orduya etimadın qırılması və bu kimi təxribat dolu dezinformasiyalar yaymaqla müharibəni alovlandırırlar.

Təəssüf ki, Avropada və ölkədə demokrat, müxalif düşüncəli sayan bəziləri bu amildən istifadə edir. Daxilmizdə düşmənlərimiz də var. Onlar demokrat cildindədilər. Məqsəd Azərbaycan xalqında psixoloji sarsıntı yaratamaqdır. Bundan əlavə, sosial şəbəkədə bu kimi dezinformasiya xəbərlər yayanlar məsuliyyətə cəlb edilməlidir. Xalqımıza və ordumuza qarşı bu saxta xəbər və təxribat yayanlar dərhal cəzalanmalıdır. Hesab edirəm ki, güc strukturları buna ciddi yanaşmalıdır. Eyni zamanda vətənaşlarımız da çox diqqətli olsunlar.

Müdafiə Nazirliyinin xəbərlərinə inansın və ona istinadə etsinlər. Şəhidləri gizlətmək heç kimə baş ucalğı gətirmir və bunu heç kim etmir. Ona görə də diqqətli olmaq, rəsmi mənbələri izləmək və inanmaq lazımdır".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR