Siyasət 15:26 29.10.2020

Ermənistan hərbi-siyasi rəhbərliyi tezliklə cəzasını alacaq - Kamran Əliyev

Ermənistanın törətdiyi cinayətlərdə görə, senytabrın 27-dən bugünə qədər 45 cinayət işi başladılıb.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanda olan diplomatik korpus nümayəndələri ilə birlikdə Tərtər şəhərinə səfər edən Baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, hər bir faktla bağlı prokurorluq əməkdaşalrı işləri aparır. Bu cinayətlərə görə, Ermənistanın hərbi siyasi rəhbərliyi məsuliyyət daşıyır"

"Bir daha sizi əmin etmək istəyirəm ki, tarixdə həmişə bu cinayətləri törədənlər cəzasını alıb. Ermənistan hərbi-siyasi rəhbərliyi də tezliklə cəzasını alacaq".