Ermənistan höküməti istefaya göndərilib.
Qaynarinfo xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Aprelin 9-da and içmiş yeni prezident Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb. Bütün nazirlər və hökümət üzvləri istefaya göndərilib. Aprelin 16-sına qədər ölkənin nazirləri, 17-sində isə parlamentdə baş nazir seçiləcək. Eks-prezident Serj Sarkisyanın yeni baş nazir təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, mayın ilk 10 günündə hökümət formalaşacaq.
Gülşən
Şərhlər