Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin əməkdaşları ölkənin Sisian rayonu ərazisində hərbçinin idarə etdiyi "Mitsubishi Pajero” markalı avtomobildə silah-sursat aşkar ediblər.
"Report” "Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Hərbçi maşının ona məxsus olduğunu etraf etsə də, silah-sursatın "avtomobilinə atıldığını" bildirib.
Hazırda araşdırma aparılır.
Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, son zamanlar Qarabağdan Ermənistana qanunsuz olaraq silah-sursatın daşınması halları çoxalıb. Son günlər cinayət üzrə 3 şübhəli saxlanılıb.
Mütəxəssislər qeyd edib ki, bu kimi faktlar Azərbaycanın Qarabağ bölgəsinin işğal altında olan qismindəki erməni silahlılarının döyüşdən qaçdığını təsdiqləyir. Onlar qaçarkən özləri ilə birlikdə silah-sursat da aparırlar.
Şərhlər