Xəbər lenti

Ermənistan Müdafiə Nazirliyində istefalar davam edir
Siyasət 17:19 24.11.2020

Ermənistan Müdafiə Nazirliyində istefalar davam edir

Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan istefa verib.

Qaynarinfo "Mediaport Telegramm”a istinadən xəbər verir ki, o, 2018-ci ilin may ayının 29-da bu vəzifəyə təyin edilib. Onun keçmiş müdafiə naziri David Tonoyan tərəfindən hazırlanıb, reallaşdırılan korrupsiya sistemində birbaşa iştirak etdiyi bildirilir.

Qeyd edək ki, M.Qambaryan bundan əvvəl Ermənistan hökumətinin administrasiyasında maliyyə-iqtisad idarənin rəisi olub. Bundan sonra beynəlxalq iqtisadi inteqrasiya və islahatlar üzrə nazir müavini işləyib. 2018-ci ilin aprelində bu qurum ləğv edilib.

Xatırladaq ki, ötən gün Ermənistan müdafiə nazirinin digər müavini Qabriel Balayan vəzifəsindən azad edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->