Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin "Moskva görüşü”ndə olduğu kimi "Vaşinqton təmasları”nda da erməni tərəfi destruktiv yanaşma nümayiş etdirir.
Görüşdən sonra Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan CNN-ə müsahibəsində yenə də sülh danışıqlarına zərbə vuran açıqlamalar səsləndirib.
Əvvəla, Azərbaycan təcavüzə məruz qaldığı halda erməni nazir Bakını aqressor adlandırıb. Dağlıq Qarabağda başlanan yeni eskalasiyanın səbəbkarı kimi Azərbaycanı göstərib. Halbuki, artıq dünya münaqişənin alovlanmasını Ermənistanın baş naziri Nikol Paşinyanın təxribat səciyyəli açıqlamaları və davranışları nəticəsində baş verdiyini qəbul edir.
İkincisi, Mnatsakanyan yenə də Dağlıq Qarabağın müstəqilliyindən danışıb. Bu isə nəinki Bakı tərəfindən, hətta münaqişənin dinc yolla nizamlanması məqsədilə yaradılan ATƏT-in Minsk Qrupu tərəfindən də qəbul edilmir. Minsk Qrupu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli variantına üstünlük verir. Çünki bunun əksi beynəlxalq hüququn kobud surətdə pozulması demək olar.
Mnatsakanyan bu fikirləri ilə səfər öncəsi ABŞ Dövlət Departamentinin bəyanatını da qulaqardına vurur.
Yada salaq ki, Dövlət Departamaneti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona səfəri ərəfəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması barədə bəyanat yayıb.
Mənbə: Yenisabah.az
Şərhlər