Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı Novruz oğlu bu gün qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.
	
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən bildirilib.
 
	
Qeyd edilib ki, hadisə ilə əlaqədar araşdırma aparılır:
	
"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir”.
             
            
Şərhlər