Əsir düşməmək üçün qumbara ilə özünü və düşmənləri partladan azərbaycanlı rejissor (VİDEO)
1992-ci il iyunun 30-da Ağdərə şəhəri uğrunda döyüşlər zamanı qəhrəmancasına həlak olan rejissor Vaqif Əhmədovun doğum günüdür.
Baku TV şəhid rejissor haqqında reportaj hazırlayıb.
Tələbə yoldaşı ilə bağlı xatirələrini bölüşən Əməkdar artist Dilarə Əliyeva bildirib ki, Vaqif tələbəlik dövründə öz istedadı ilə hamıdan fərqlənib:
"Söhbətlərimiz olurdu. Mən ona böyük heyranlıqla qulaq asırdım. Vaqif mənim gözümdə gələcəyin ən böyük rejissoru idi”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli isə V.Əhmədovun cəbhəyə yollanmasından bəhs edib:
"Xocalı faciəsindən sonra bizə gəlmişdi. Valideynlərimlə görüşdü. Dedilər ki, sən rejissorsan, cəbhən başqadır, müharibəyə getmə. Vaqif isə dedi ki, Xocalıdan sonra mən rejissorluq edə bilərəm? Qisas almalıyam ki, içim soyusun”.
Şəhidin döyüş yoldaşı Rövşən Zülfüqar isə onun qəhrəmanlığından danışıb:
"Qəlpə yarası almışdı. Qumbarasını əlində hazır vəziyyətdə saxlamışdı. Düşmən onu əsir götürməyə gələn zaman qumbaranı partladaraq özü ilə birlikdə onların da həyatına son qoydu”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər