XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

2030-cu ilədək qida məhsullarına tələbat 50 faiz artacaq
Ekonomiks15:10 10.09.2026

2030-cu ilədək qida məhsullarına tələbat 50 faiz artacaq

2030-cu ilədək dünyada qida məhsullarına tələbatın 50 faiz artacağı gözlənilir. Tələbatın yüksəlməsi qida təchizatı zəncirinin daha da mürəkkəbləşməsinə səbəb olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda məlumat verilib.

Sənəddə qeyd olunur ki, qida təchizatı zəncirinin heterogen və kompleks xarakter daşıması qida təhlükəsizliyi baxımından yeni çağırışlar yaradır.

BMT-nin məlumatlarına əsasən, aqroqida məhsullarının dünya üzrə ticarət şəbəkəsinin əsasını bir sıra ölkələr təşkil edir. ABŞ, Niderland, Almaniya, Fransa və Böyük Britaniya kimi ölkələr aqroqida sektorunun dünya bazarının 77 faizinə nəzarət edir.

Qlobal qida təchizatı zəncirinin geniş və müxtəlif struktura malik olması məhsullarda aşkar edilən çirkləndiricilərin mənbəyinin müəyyənləşdirilməsini və onların təchizat zənciri boyunca izlənilməsini çətinləşdirir.

Günay İlqarqızı