Xəbər lenti

Bakıda tozlu hava neçə gün davam edəcək? (YENİLƏNİB)
Ölkə 17:29 20.06.2021

Bakıda tozlu hava neçə gün davam edəcək? (YENİLƏNİB)

Havada toz dumanı davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur. Avtomatik stansiyalardan saat 16:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5,1 dəfə yüksək qeydə alınıb.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir.
 
11.40

Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir.

 
Bu gün səhər saatlarından başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1,9 dəfə çoxdur.

Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq, yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->