Hazırda Azərbaycanın bəzi yerlərində yağıntılı hava müşahidə olunur, dağlıq rayonlarda qar yağır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2-4, bölgələrdə 4-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
Şərhlər