“Eurovision-2015” mahnı müsabiqəsinin təşkilatçıları yarışın final mərhələsində ifaçılara Çernoqoriya və Makedoniya tərəfindən verilmiş səslərin ləğv edildiyini bildirirblər.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, müvafiq qərar səslərin sayılması prosesinə nəzarət edən müstəqil “PwC” şirkətilə məsləhətləşmələrdən sonra qəbul olunub.
“Hər iki ölkədə finalçılara verilmiş xallarda yalnız televiziya tamaşaçılarının rəyi əks olunub", Avropa Yayım İttifaqının bazar günü dərc edilmiş məlumatında deyilir.
2009-cu ildən başlayaraq “Eurovision-2015” müsabiqəsində iştirakçılara verilən xalların müəyyən edilməsində tamaçaçılarla yanaşı 5 peşəkardan ibarət münsiflər heyəti də iştirak edir.
Hər bir finalçı iştirakçıya ölkə adından verilən yekun xalda isə tamaşaçıların və münsiflər heyətinin rəyi bərabər əsasda 50%:50% qaydası ilə müəyyən olunur.
Çernoqoriya və Makedoniyadan verilmiş səslərin sayılmaması barədə qərar isveçli ifaçı Mans Zelmerlow-un müsabiqədə qələbəsinə təsir etməyəcək, çünki ikinci yeri yer tutmuş iştirakçının nəticəsindən qalibin nəticəsi 62 xal çoxdur.
Qaynar.info
Şərhlər