XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Evakuatorla mikroavtobus toqquşdu - Beş nəfər xəsarət aldı
Ölkə05:44 07.10.2023

Evakuatorla mikroavtobus toqquşdu - Beş nəfər xəsarət aldı

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.
Ağstafa-Qazax marşrutu üzrə hərəkət edən mikroavtobus evakuatorla toqquşub.
Qəza zamanı mikroavtobusun sərnişinləri, 1975-ci il təvəllüdlü Şərifə Qasımova, 1981-ci il təvəllüdlü Afət Məmmədova, 1982-ci il təvəllüdlü Həcər İsmayılova, 1988-ci il təvəllüdlü Təranə Tomtiyeva və 2005-ci il təvəllüdlü Nərimin Məmmədova xəsarət alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.