Xəbər lenti

Əvvəlcə atası, sonra nənəsi koronavirusdan öldü
İdman 23:23 04.04.2020

Əvvəlcə atası, sonra nənəsi koronavirusdan öldü

Dünyanın ən yaxşı 10 yüngül çəkili boksçusu arasında yer alan Antoni Yardenin ailəsində faciə baş verib.

Qaynarinfo xəbər verir ki, 28 yaşlı ingilis boksçunun 3 gün əvvəl atası koronavirusdan dünyasını dəyişib. Ötən gün isə onun ata nənəsi də eyni səbəbdən vəfat edib. 

"Instagram" hesabından duyğusal bir açıqlma verən Yarde "Əvvəl atam, sonra isə atamın anası öldü. Bu iş ciddidi. İnsanlar bunu anlamaqda çətinlik çəkir. Ölüm onları və ya yaxınlarını vuranda anlayacaqlar vəziyyətin pisliyini, amma iş işdən keçmiş olacaq. Lütfən evinizdə qalın və sizə deyilənləri edin" deyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->