Texnologiya 12:57 07.06.2019

"Facebook" "Huawei"lə əməkdaşlığı dayandırdı

"Facebook" Çinin texnologiya nəhəngi "Huawei"yə qarşı sanksiyalara qoşulub.

Qaynarinfo xəbər verir ki, şirkət "Huawei" model telefonlara "Facebook", "WhatsApp" və "Instagram" tətbiqetmələrinin artıq yüklənməyəcəyini açıqlayıb. 

Qeyd edək ki, ötən həftələrdə "Google", "Microsoft" kimi nəhənglər də şirkət əleyhinə qərarlarla gündəmə gəlmişdi.

Gülşən