Xəbər lenti

Texnologiya 12:40 04.02.2018

"Facebook"da başqasının fotosundan istifadə edən qadına ağır cəza

İtaliya Ali Məhkəməsi "Facebook"da başqasının fotosunda istifadə edən qadını cəzalandırıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İtaliya qanunlarına əsasən, özü və ya digər şəxs üçün üstünlük əldə etmək, kiməsə zərər vermək və ya aldatmaq məqsədilə başqasının fotosu və ya şəxsiyyət vəsiqəsindən istifadə edənlər 1 ilə qədər həbs cəzası ala bilər. Pordenone ərazisində yaşayan 30 yaşlı qadın başqasının fotosundan istifadə etdiyi üçün 15 günlük həbslə cəzalandırılıb. Qadın barəsində verilən qərar 3750 avro pulla əvəzlənib. Ödəniş 30 hissədə ediləcək. O, həmçinin məhkəmə xərclərini də ödəməlidir. 

Qeyd edək ki, çıxarılan hökm "Facebook" qaydalarına da uyğun gəlir. Sosial şəbəkənin qanunlarında "İnsanlar "Facebook"da öz şəxsi informasiyalarından istifadə edərək əlaqə qurur. Digər şəxsləri yamsılayan bütün profilləri silirik" fikirləri qeyd olunub.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->