Xəbər lenti

Texnologiya 10:34 05.04.2018

"Facebook"dan etiraf: 87 milyon istifadəçinin məlumatları satılıb

"Facebook" sosial şəbəkəsi "Cambridge Analytica" adlı analiz şirkəti tərəfindən qeyri-qanuni istifadə edilən hesabların sayının 87 milyon olduğunu açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl 50 milyon istifadəçinin məlumatlarının şirkət tərəfindən ABŞ və Britaniyadakı seçkilərə təsir göstərmək məqsədilə istifadə edildiyi aşkarlanmışdı. "Facebook"un rəhbər şəxslərindən olan Mayk Şoffer açıqlama ilə çıxış edərək 87 milyon istifadəçinin "Cambridge Analytica"nın təsirinə məruz qalması ehtimalının olduğunu bildirib. 

Qeyd edək ki, məsələ ilə bağlı istintaq prosesinə start verilib və sosial şəbəkənin rəhbəri Mark Zükerberq ABŞ konqresində ifadə verəcək.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->