Xəbər lenti

“Facebook”dan yeni qərar: Şəxsi mesaj ləğv olunacaq
Ekonomiks 15:28 10.04.2014

“Facebook”dan yeni qərar: Şəxsi mesaj ləğv olunacaq

Bu sosial şəbəkədən istifadə edən insanlar öz şəxsi mesajlarını “Facebook Messenger” proqramı vasitəsi ilə göndərə biləcəklər.

“Facebook” rəhbərliyi yeni qərar qəbul edib. Anspress-in məlumatına görə, bu sosial şəbəkənin istifadəçiləri artıq şəxsi mesaj göndərmək üçün “Facebook Messenger” proqramını yükləməli olacaqlar.

Belə ki, “Facebook” sosial şəbəkəsinin daxilində olan şəxsi mesaj bölməsi ləğv olunacaq. Bu sosial şəbəkədən istifadə edən insanlar öz şəxsi mesajlarını “Facebook Messenger” proqramı vasitəsi ilə göndərə biləcəklər. Yeni qərar web formatında olan “Facebook”da tətbiq olunmayacaq. Android , Windows Phone ve İOS şəbəkələrinin yeni qərarı artıq yaxın zamanda tətbiq edəcəkləri bildirilir.

Facebook” rəhbərliyinin bu qərarı, istifadəçilərin “Facebook Messenger”na proqramına olan marağını artırmaq üçün qəbul etdikləri bildirilir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->