Nyu York Elmlər Akademiyasında bir mətbuat konfransı təşkil edən həkimlər bəşər tarixinin inkişafını dəyişdirəcək bir hadisəyə imza atıldığını bildirib.
Qaynarinfo xəbər verir ki, "Sürreal real oldu” deyən elm adamları, neçə xəstə üzərində sınaq aparıldığı açıqlanmayan bu üsulun ən azı bir xəstədə müvəffəqiyyətlə başa çatdığını deyib.
Xəstənin beyninin aorta damarından enjekte edilmiş bir həll yoluyla bədənindəki bütün qanı qəfildən dondurulan xəstənin beyninin "müvəqqəti ölüm” vəziyyətinə gətirildiyi, sonra canlandırıldığı qeyd edilib.
Elm adamları bildirib ki, bu üsuldan fövqəladə hallarda həkimlərə zaman qazandırmaq üçün istifadə ediləcək. Qanı dondurulan bir insanın ilk dəfə həyata qaytarıldığını xüsusi vurğulayan həkimlər qanaxması üzündən sağ qalma nisbətinin yüzdə 5 olduğunu, ancaq yeni metod sayəsində bu nisbətin artacağını bildirib. Hələlik saatlarla məhdud olan ölüm müddətinin tədricən uzadılacağı bildirilir.
Alpər
Şərhlər