Xəbər lenti

Fazil Məmmədovdan xəbər var
Ölkə 15:39 08.09.2018

Fazil Məmmədovdan xəbər var

Azərbaycan Güləş Federasiyasında heç bir maliyyə problemi yoxdur.

Qaynarinfo xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında bu gün milli komandanın məşqinə baş çəkmiş federasiya prezidentinin vəzifələrini icra edəni Namik Əliyev deyib.

N.Əliyev bir neçə aylıq fasilədən sonra bu ilin mayında federasiyaya, birinci vitse-prezident postuna qayıtdı. Ancaq sonra federasiyanın prezidenti Fazil Məmmədov səhhətindəki ciddi problemlərlə əlaqədar Türkiyəyə müalicəyə getdi və N.Əliyev prezident vəzifələrini icra etməyə başladı.

"Bəli, mən bir müddət Azərbaycan Güləş Federasiyasını tərk etdim, amma bu, o demək deyil ki, mən güləşi izləməyi dayandırdım. Mən Ümumdünya Güləş Birliyinin (UWW) üzvü kimi qalmaqda davam edirdim və hadisələrin mərkəzində idim", - Namik Əliyev vurğulayıb.

Fazil Məmmədovun sağlamlıq durumu haqda suala cavab verərkən Namik Əliyev qeyd edib ki, sabiq vergilər nazirinin səhhəti yaxşılaşmağa doğru gedir.

"O, əvvəlki kimi Türkiyədədir və müalicəsini orada davam etdirir", - N.Əliyev əlavə edib.

...Son illər biz bir neçə dəfə Güləş Federasiyasında maliyyə problemlərinin olduğu barədə eşitmişdik. İş hətta Azərbaycan yığması pəhləvanlarının iştirakı ilə etiraz aksiyasına qədər gəlib çatmışdı. İndi isə Namik Əliyevin sözlərinə görə, vəziyyət normallaşıb: "Bizdə heç bir maliyyə problemi yoxdur. Hər şey qaydasındadır. Komandanın hazırlığı, təlim-məşqlər... Hər şey plan üzrə gedir. Bizə hətta, birgə məşq prosesində iştirak etmək üçün xarici komandalar gəlir...".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->