Xəbər lenti

Foto 11:32 29.10.2019

Fədayə Laçın jurnalistlər üçün mahnı oxudu (FOTOLAR)

"Azadlığa çıxdığıma görə çox sevincliyəm. Azadlıq çox gözəl hissdir".

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan sonra da sənətini davam etdirəcək: "Oxumaqdan ötrü ürəyim gedir. İki ildir ki, səhnəyə çıxmağımı gözləyirəm".

Daha sonra F.Laçın jurnalistlər üçün "Şirin anlar" mahnısını ifa edib.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?